Flora (lat. Flora, flos – çiçək) — Qədim Roma mifologiyasında çiçək, gənclik və bahar ilahəsi. Floranın şərəfinə floraliyalar adlanan bayramlar keçirilirdi. Floranın əlində çiçək tutmuş gənc qız şəklində obrazına təsviri sənətdə çox müraciət edilmişdir.(Tisian, Pussen, Rembrandt və b.) Floranın ən qədim rəsmlərinə Pompey şəhərinin freskalarında rastlanır.